10 YANVAR 2020
AVSTRALİYA
Avstraliyada meşə yanğınları səngimək bilmir
Avstraliyada ən isti və ən quru hava şəraitinin qeydə alındığı ildə başlamış meşə yanğınları getdikcə şiddətlənir. 2019-cu ilin sentyabr ayında Avstraliyanın hər ştatında artıq çoxsaylı məhvedici yanğınlar tüğyan edirdi. Yanğın mövsümü girər-girməz vəziyyət artıq çox acınacaqlı idi. Ən böyük ziyan sahilyanı və cənub-şərq bölgələrindəki Viktoriya və Yeni Cənubi Uels ştatlarına dəyib.
Qardaşlarımız arasında ölən, yaxud xəsarət alan yoxdur. Bununla belə, onların əmlakına böyük zərər dəyib, doqquz ev tamamilə külə dönüb. Bu günə qədər 700-dən çox dindaşımız təxliyə edilib. Tüstü ucbatından havanın çirklənmə səviyyəsi rekord həddə çataraq, bəzi mütəxəssislərin fikrincə, sağlamlıq üçün təhlükə yaradıb. Bu səbəbdən bir çox ailələr fəlakət zonasını tərk edib. Təxliyə edilənlərin əksəriyyəti yanğının hərəkət istiqamətlərindən kənarda yaşayan qohumlarının, dostlarının və ətraf yığıncaqlardan olan təbliğçilərin evlərində qalır.
Zərərçəkənlərə ruhani və maddi yardım göstərilməsi üçün Avstraliya filialı iki Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təşkil edib. Rayon nəzarətçiləri və filial komitəsinin üzvləri bacı-qardaşlara baş çəkir və onlara təsəlli verirlər. Yanğınlar ucbatından əksər bacı-qardaşlar fiziki və emosional cəhətdən taqətdən düşsə də, çoxları tükənməz səmimi məsihi məhəbbətinə görə öz minnətdarlığını bildirib (1 Butrus 2:17).