Kontentə keç

15 FEVRAL 2019
AVSTRALİYA

Avstraliyanın Kvinslend ştatında dağıdıcı daşqın

Avstraliyanın Kvinslend ştatında dağıdıcı daşqın

Şiddətli leysan yağışları Avstraliyanın şimal-şərqində dəhşətli daşqın törədib. Sel suları minlərlə insanı evlərindən didərgin salıb, əmlaklarına böyük ziyan vurub və elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Avstraliya filialından verilən məlumata görə, daşqın nəticəsində üç yığıncaqdan olan 58 təbliğçini qohumlarının və digər Yehovanın Şahidlərinin evlərində yerləşdirmək lazım gəlib. Ümumilikdə qardaşlarımıza məxsus on evi sel basıb və onlardan ikisi dağılıb.

Filial Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təşkil edib. Rayon nəzarətçiləri və ağsaqqallar zərər çəkmiş təbliğçilərə baş çəkirlər. Dua edirik ki, bacı-qardaşlarımız mətin qalsınlar və qayğıkeş ağsaqqalların köməyilə təsəlli tapsınlar (1 Butrus 5:2).