Kontentə keç

15 FEVRAL 2013-CÜ İL
AVSTRALİYA

Yehovanın Şahidləri Avstraliyada baş vermiş daşqından zərər çəkənlərə kömək edir

Yehovanın Şahidləri Avstraliyada baş vermiş daşqından zərər çəkənlərə kömək edir

SİDNEY. Avstraliyanın şərqini daşqın suları basmışdı. «Osvald» tropik siklonunun qalıqları Kvinslend və Yeni Cənubi Uelsin şimalında tornadolar, hündür dalğalar və aramsız yağan yağışların yağmasına gətirib çıxartmışdı. Nəticədə 4 insan həyatını itirmiş və 1000-dən çox insan evlərindən evakuasiya olunmuşdu. Xüsusilə də Kvinslendin mərkəzi sahilində yerləşən Bandaberq şəhərinə zərər dəymişdi. Çünki bu siklon yüz il ərzində baş vermiş ən dəhşətli daşqından əlavə 5 tornadonun yaranmasına səbəb olmuşdu.

Yehovanın Şahidlərinin Sidneydəki filialı xəbər verir ki, ölən və xəsarət alanların sırasında Şahidlər yoxdur. Ancaq ən azı 53 məsihçinin evinə zərər dəymiş və 70-dən çoxu evlərini tərk etmişdi. Vertolyotla evakuasiya edilənlər də daxil olmaqla həmin insanlar ya qonşularının, ya da yaxınlıqda yerləşən Şahidlərin evlərinə köçmüşdülər.

Həmin ərazidə yaşayan məsihçi ağsaqqallar təbii fəlakətdən zərər çəkənlərə kömək etmək üçün yardım komitəsi yaratdılar. Həmçinin zərərçəkmişlərə kömək məqsədilə Bandaberq ərazisinə 250-dən artıq könüllü Yehovanın Şahidi100-dən çox kilometr məsafə qət etmişdi.

Əlaqə üçün:

Beynəlxalq: məlumat xidməti, C. R. Braun, tel. +1 718 560 5000

Avstraliya: Donald Maklin, tel. +61 2 9829 5600