Kontentə keç

13 DEKABR 2016-CI İL
AZƏRBAYCAN

Etiqadlarını bölüşdüklərinə görə cərimələnən Yehovanın Şahidləri həmin qərarlardan apellyasiya şikayəti verməyə hazırlaşır

Etiqadlarını bölüşdüklərinə görə cərimələnən Yehovanın Şahidləri həmin qərarlardan apellyasiya şikayəti verməyə hazırlaşır

2016-cı il dekabrın 2-si Azərbaycanın Goranboy Rayon Polis Şöbəsi Yehovanın Şahidi kimi dini fəaliyyət göstərdiyi üçün Ziyad Dadaşovu yerli məhkəmə qarşısına çıxardı. Onun dörd həmkəndlisi ifadə vermişdir ki, Ziyad Dadaşov etiqadı haqda danışıb və Müqəddəs Kitaba əsaslanan ədəbiyyat təklif edib. Goranboy Rayon Məhkəməsinin hakimi Şirzad Hüseynov onu qanunsuz dini fəaliyyətdə * təqsirli bilərək 1500 manat məbləğində cərimə etdi. Ziyad Dadaşov əmindir ki, o qanunsuz olaraq cərimələnmişdi və bu qərara qarşı apellyasiya şikayəti vermək niyyətindədir.

Eyni rayonda Cəərey Süleymanova və Gülnaz İsrafilova bir neçə ay ərzində Müqəddəs Kitab haqda danışdıqları bir qadına baş çəkmişdilər. Nəticədə Goranboy Rayon Polis Şöbəsi bu iki Yehovanın Şahidini «qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməkdə» ittiham etmiş və 2016-cı il noyabrın 17-si Goranboy Rayon Məhkəməsinin hakimi İsmayıl Abdurəhmanlı onların hər birini 2000 manat məbləğində cərimələmişdi. Onlar bu qərardan apellyasiya şikayəti verməyə hazırlaşırlar.

Beynəlxalq insan hüquqları üzrə vəkil Ceyson Uayz qeyd edir: «Azərbaycandakı Yehovanın Şahidlərinin üzləşdiyi ayrı-seçkilik Avropa Konvensiyasına hörmət qoyulmadığını göstərir. Goranboy rayon dövlət orqanlarının bu hərəkətləri Azərbaycan hökumətinin müdafiə etdiyini iddia etdiyi dini etiqad azadlığı normalarına ziddir.

^ Yehovanın Şahidləri Azərbaycanın paytaxtı Bakı şəhərində dini icma kimi qeydiyyatdan keçib. Ziyad Dadaşov İnzibati Xətalar Məcəlləsinin 515.0.4 maddəsinə əsasən, «dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət» göstərməkdə ittiham olunub.