30 İYUL 2019
AZƏRBAYCAN
Azərbaycanda tarixi toplantı
2019-cu il, 26—28 iyul tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində, Dərnəgül mərasim evində regional toplantı keçirildi. Bu beynəlxalq toplantılar ilində Bakıda keçirilən regional toplantı tarixi toplantı idi. Bu toplantı Azərbaycanda indiyədək keçirilən toplantılardan ən böyüyü idi. Həmçinin birinci dəfə idi ki, ölkədəki bütün Azərbaycan və rus yığıncaqları eyni vaxtda toplantıda iştirak edirdi.
Azərbaycanda təxminən 1500 təbliğçi olsa da, toplantıda iştirak edənlərin ən yüksək sayı 1938 nəfər oldu. 33 nəfər vəftiz olundu. Mark Sanderson qardaşa toplantıda çıxış etmək məqsədilə ölkəyə daxil olmaq üçün xüsusi icazə verilmişdi. İlk dəfə idi ki, Rəhbərlik Şurasının üzvü Azərbaycanda keçirilən toplantıda çıxış edirdi. Bu icazəyə görə hakim dairələrə minnətdarıq.
Bacı-qardaşlar arasındakı birlik ətrafdakı insanlara gözəl şahidlik verdi. Mərasim evinin rəhbərliyi bildirdi ki, toplantı zamanı Yehovanın Şahidləri arasında hökm sürən sülh, məhəbbət və xeyirxahlıq, o cümlədən onların təbliğ etdikləri müjdəyə uyğun davranması onların gözündən yayınmadı.
Azərbaycanda Yehovanın Şahidlərinin dini azadlığının pozulduğu hallar hələ də baş versə də, hakim dairələr dindaşlarımıza etiqadlarına uyğun yaşamaq üçün getdikcə daha çox sərbəstlik verir. 2018-ci ilin noyabrında Azərbaycan hökuməti Yehovanın Şahidlərini Bakıda tam hüquqi qeydiyyatdan keçirdi. Bu qeydiyyat dindaşlarımıza Bakıda açıq şəkildə ibadət etmək üçün güclü hüquqi əsas verir.
Hadisələrin bu cür müsbətə doğru cərəyan etməsi, o cümlədən Azərbaycandakı dindaşlarımızın teokratik tarixində baş vermiş bu mühüm hadisə bizi çox sevindirir. Biz onların sevincinə şərikik. Dua edirik ki, Yehova bundan sonra da Azərbaycanda və bütün dünyada müjdənin qanuni tanınması üçün görülən işləri avand etsin (Filippililərə 1:7).