Kontentə keç

14 DEKABR 2015-Cİ İL
AZƏRBAYCAN

Azərbaycan BMT-nin İrina Zaxarçenko ilə bağlı xahişini rədd etdi

Azərbaycan BMT-nin İrina Zaxarçenko ilə bağlı xahişini rədd etdi

Azərbaycan BMT İnsan Hüquqları Komitəsinin İrina Zaxarçenkonun həbsinin ev dustaqlığı ilə əvəz edilməsi və ya tibbi müəssisəyə köçürülməsi ilə bağlı müraciətini rədd etdi. 10 dekabr 2015-ci il tarixində, yəni hökumət tərəfindən müraciətin alınmasından bir həftə sonra işə baxan hakim bu xahişi rədd etdi. Həbsdə qaldığı on ay müddətində İrina Zaxarçenko pis qidalanmadan, yuxu pozğunluğundan və ağır psixoloji gərginlikdən əziyyət çəkir.

Hakim digər Yehovanın Şahidi Validə Cəbrayılovanın da həbsini ev dustaqlığı ilə əvəz edilməsi haqda vəsatəti rədd etdi.

Növbəti dinləmə prosesi 17 dekabr 2015-ci il tarixində Bakı şəhəri Pirallahı Rayon Məhkəməsində keçiriləcək.