Kontentə keç

10 FEVRAL 2017-Cİ İL
AZƏRBAYCAN

Azərbaycan Respublikası Ali Məhkəməsi İrina Zaxarçenko və Validə Cəbrayılovaya bəraət verib

Azərbaycan Respublikası Ali Məhkəməsi İrina Zaxarçenko və Validə Cəbrayılovaya bəraət verib

2017-ci il 8 fevral tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi hökumətdən icazə almadan dini ədəbiyyat paylamaqda təqsirli bilinən İrina Zaxarçenko və Validə Cəbrayılovaya bəraət verib. Ali Məhkəmənin Cinayət kollegiyasının hakimi Hafiz Nəsibov qərarı elan edərkən Zaxarçenko və Cəbrayılovanın əməlində cinayət tərkibi müəyyən edilmədiyini, aşağı instansiya məhkəmələrinin qərarının ləğv etdiyini bildirib.

Zaxarçenko və Cəbrayılovanın vəkilləri məhkəmə çıxışlarında hökumətin şikayətçilərlə özbaşına və alçaldıcı şəkildə davranmaqla əsas insan hüquqlarını pozduğunu xüsusilə vurğulayıblar. Həmçinin şikayətçilər məhkəmənin iznilə məhkəməyəqədər həbs zamanı on bir ay ərzində nələrə dözməli olduqlarını, bunun onlara necə təsir göstərdiyi barədə də ifadə veriblər.

Beynəlxalq insan hüquqları vəkili Ceyson Uayz bildirib: «Ali Məhkəmənin Cinayət kollegiyasının məhkumiyyət qərarını ləğv etməsi çox sevindirici xəbərdir. Azərbaycandakı Yehovanın Şahidləri üçün bu, ilk dəfədir ki, Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qərarlarını ləğv edir. Ümidvarıq ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Zaxarçenko və Cəbrayılovanın kompensasiya hüququnu da tanıyacaqdır».