Kontentə keç

8 DEKABR 2015-Cİ İL
AZƏRBAYCAN

Azərbaycana İrina Zaxarçenkonun həbsini ev dustaqlığı ilə əvəz olunmasına dair müraciət olundu

Azərbaycana İrina Zaxarçenkonun həbsini ev dustaqlığı ilə əvəz olunmasına dair müraciət olundu

3 dekabr 2015-ci il tarixində BMT İnsan Hüquqları Komitəsi İrina Zaxarçenkonun zaminə verilməsi haqqında vəsatəti təmin etdi və Azərbaycan hökumətindən vətəndaş Zaxarçenkonun həbsini tez bir zamanda «ev dustaqlığı və ya digər alternativ qətimkan tədbiri ilə» əvəz etməsini xahiş etdi. Buna səbəb İrina Zaxarçenkonun səhhətinin pisləşməsidir.

İrina Zaxarçenko və digər Yehovanın Şahidi Validə Cəbrayılova artıq 10 aydır ki, məhkəmə prosesinə qədər həbs altındadırlar. 2015-ci ilin dekabrın 10-da Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi «lazımi icazə» olmadan etiqadlarını bölüşməklə və dini ədəbiyyat paylamaqla cinayət məcəlləsinin pozuntusunda ittiham olunan bu iki qadının dinləmə prosesini həyata keçirəcək.