24 AVQUST 2018
AZƏRBAYCAN
Azərbaycan hərbi xidmətdən imtina edən qardaşımızı məhkum edir
6 iyul 2018-ci il tarixində Azərbaycanın Bərdə Rayon Məhkəməsi Mehdiyev Emil adlı qardaşımıza birillik şərti cəza kəsdi. Məhkəmə 18 yaşlı qardaşımızı hərbi xidmətdən yayınmaqda təqsirli bildi, lakin onu həbs cəzasına məhkum etmədi. Bununla belə, o, hökumət nümayəndələrini xəbərdar etmədən daimi yaşadığı ünvanı dəyişə və Azərbaycan ölkəsini tərk edə bilməz.
2017-ci ilin dekabr ayında Emil qardaşımız Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsinə çağırıldı. Qardaşımızın vicdanı hərbi xidmət keçməyə ona yol vermədiyi üçün o, hərbi qeydiyyatdan keçməkdən imtina etdi. O, vicdanına əsasən öz mövqeyini izah etdi və hərbi xidmət əvəzinə alternativ mülki xidmət tələb etdi. Ona alternativ mülki xidmətin mövcud olmadığı və məhkəmə işinin Bərdə Rayon Prokurorluğuna göndəriləcəyi barədə məlumat verildi.
Uzunmüddətli hüquqi prosesdən sonra Bərdə Rayon Məhkəməsi onu məhkum etdi və cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxardı. Düzdür, məhkəmə Mehdiyev Emilə həbs cəzası kəsmədi, amma hal-hazırda o, cinayətkar sayılır və onun edə biləcəyi heç bir şey yoxdur. Çünki Azərbaycan hökuməti uzun müddətdir söz verməsinə baxmayaraq, hələ də alternativ mülki xidmət proqramını təsis etməyib.
Çox şadıq ki, Emil qardaşımız çətin vəziyyətlə üzləşməsinə baxmayaraq, öz bitərəf mövqeyini qoruyub saxlayır (1 Butrus 2:19).