8 MAY 2018
AZƏRBAYCAN
Azərbaycan Ali Məhkəməsi İrina Zaxarçenko və Validə Cəbrayılovaya kompensasiya ödənilməsinə dair qərarı qüvvədə saxlayır
16 aprel 2018-ci il tarixində Azərbaycanın Ali Məhkəməsi haqsız yerə 11 ay həbsdə yatan İrina Zaxarçenko və Validə Cəbrayılovaya dəyən zərəri ödəməklə bağlı aşağı instansiya məhkəməsinin qərarını qüvvədə saxladı. Daha öncə, 2017-ci ilin fevral ayında Ali Məhkəmə hökumətin icazəsi olmadan dini ədəbiyyat paylamaqda ittiham olunaraq cinayət məsuliyyətinə cəlb edilmiş bu iki qadına bəraət vermişdi. Lakin kompensasiya məsələsini Ali Məhkəmə mülki məhkəmələrin öhdəsinə buraxmışdı.
Yehovanın Şahidləri olan İrina Zaxarçenko və Validə Cəbrayılova bütün ittihamlardan bəraət aldıqdan sonra həbs müddətində məruz qaldıqları pis rəftara görə mülki məhkəmələr vasitəsilə təzminat tələb etdi. 2017-ci ilin avqust ayında bir rayon məhkəməsi onlara dəyən zərərin ödənilməsinə qərar çıxardı, amma Maliyyə Nazirliyi bu qərarın ləğv edilməsi üçün apellyasiya şikayəti verdi. 2017-ci ilin noyabr ayında bir apellyasiya məhkəməsi mülki məhkəmənin qərarını qüvvədə saxladı. Nazirlik yenə razılaşmadı və 2018-ci ilin fevral ayında Ali Məhkəməyə kassasiya şikayəti verdi. Məhkəmə Nazirliyin apellyasiya şikayətini rədd etdi və beləcə, bu iki qadına kompensasiya ödənilməsinə dair çıxarılan qərar qüvvədə qaldı.
Bundan əlavə, Ali Məhkəmə təsdiq etdi ki, İrina Zaxarçenko və Validə Cəbrayılova səlahiyyətlərini aşan və bu günahsız qadınların hüquqlarını pozan dövlət işçilərinin kobud rəftarına məruz qalıb.