22 NOYABR 2018
AZƏRBAYCAN
Yehovanın Şahidləri Azərbaycanın Bakı şəhərində dini icma kimi tanındı
8 noyabr 2018-ci il tarixində Yehovanın Şahidləri Azərbaycanın paytaxtı Bakı şəhərində Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dövlət qeydiyyatına alındı. İndi bacı-qardaşlarımız şəhərdə açıq ibadət və təbliğ etmək üçün güclü hüquqi müdafiəyə malikdirlər.
Ümidvarıq ki, lehimizə çıxarılan bu qərar ölkənin digər yerlərində də dindaşlarımızın hüquqi qeydiyyatdan keçməsi üçün bir presedent olacaq. Yehovaya çox minnətdarıq ki, Bakıda ibadətimiz dövlət rəsmiləri tərəfindən qanuni tanındı (Filippililərə 1:7).