Kontentə keç

2019-cü ildə baş vermiş «Dorian» qasırğası Bahama Adalarındakı Böyük Abako adasında yerləşən yeganə ibadət evini dağıtmışdı. Bərpa olunmuş ibadət evi bu yaxınlarda Yehovaya həsr olundu

26 YANVAR 2023
BAHAM ADALARI

Bahama Adalarında bərpa edilmiş ibadət evinin həsrolunması

Bahama Adalarında bərpa edilmiş ibadət evinin həsrolunması

Mark Sanderson həsrolunma nitqini söyləyir

7 yanvar 2023-cü ildə Rəhbərlik Şurasının üzvü Mark Sanderson Bahama Adalarındakı Böyük Abako adasında bərpa edilmiş ibadət evini Yehovaya həsr etdi. İbadət evi 2019-cu ilin sentyabr ayında baş vermiş «Dorian» qasırğasında dağılmışdı. Bu ibadət evinin 2020-ci ilin mart ayında tamamlanması planlaşdırılırdı. Lakin cəmi 3 həftə qalmış COVID-19 pandemiyası ucbatından işlər dayandırıldı. Tikintidə işləyən könüllülər 2021-ci ildə layihəni tamamlamaq üçün yenidən iş başına qayıtdılar.

Həsrolunma nitqində Mark qardaş çox təsirli sözlər demişdi: «Qasırğa özü ilə çox şeyi apardı, amma görürəm ki, sizin imanınızı apara bilməyib. Nə də sizin Allahla münasibətlərinizə xələl gətirə bilməyib».

Bu yeni ibadət evi adada qasırğaya davamlı yeganə tikilidir. Burada ingilis və Haiti-kreol dilində keçirilən iki yığıncaqdan 49 təbliğçi toplaşır. Həsrolunma proqramına 175 nəfər canlı şəkildə qatılmış, 167 nəfər isə onlayn şəkildə izləmişdi. Proqramda iştirak həm Yehovanın Şahidləri, həm də digər insanlar üçün sərbəst idi.

Tikinti dayandırılan ərəfədə könüllü kimi xidmət edən Ceyk Majur qardaş demişdi: «Bu xəbəri eşidəndə ürəyimiz ağrıdı. Evləri ildırım sürəti ilə təmir edirdik, ibadət evinin təmiri də bitmək üzrə idi, Anma mərasiminə hazır olacaqdı. Amma təəssüf ki, işi dayandırmalı olduq». Həmin qardaş 2021-ci ildə ibadət evinin və digər evlərin təmirini tamamlamağa qayıtmışdı.

İbadət evinin həsrolunması hamıya sevinc gətirdi

Mark Sanderson nitqində qeyd etmişdi: «Bu ibadət evi sübut edir ki, Yehovanın xalqı bir-birilə yaxşı əməkdaşlıq edir və aralarında məhəbbət var. İndi, 2023-cü ilin yanvar ayında burada olmaq, bu binanı hazır vəziyyətdə görmək, bacı-qardaşların gözlərindəki sevincə şahid olmaq möhtəşəm bir hissdir».

Əminik ki, bu yeni ibadət evi Allahımız Yehovanın adına izzət gətirəcək (Üzeyir 3:10).