Kontentə keç

3 İYUN 2022
BENİN

«Məttanın yazdığı müjdə» fon dilində işıq üzü gördü

«Məttanın yazdığı müjdə» fon dilində işıq üzü gördü

2022-ci il mayın 29-da Benin filialının komitə üzvü Silveyn Boys fon dilində «Müqəddəs Kitab — Məttanın yazdığı müjdə»nin elektron formatda buraxıldığını elan etdi. Qabaqcadan yazıya alınmış bu proqramı təxminən 7000 təbliğçi və maraqlanan insan izləmişdi. Kitabın çap versiyasının 2023-cü ilin dekabr ayında hazır olacağı gözlənilir.

Fon dilində Müqəddəs Kitabın digər tərcümələri də mövcuddur. Ancaq onlarda Allahın adı yazılmayıb, həmçinin orada işlənən ifadələrin çoxu Müqəddəs Kitabın orijinal mətnindəki fikri düzgün ifadə etmir. Həmçinin bu kitablar çox bahadır və bəzi satıcılar onları Yehovanın Şahidlərinə satmır.

Mətta bölməsinin bu son tərcüməsində Müqəddəs Kitabın orijinal mətnindəki məna dəqiq ifadə olunub. Məsələn, Mətta 10:28 ayəsində yazılıb: «Bədəni öldürən, amma canı öldürə bilməyənlərdən qorxmayın». Bu ayəyə verilən haşiyədə qeyd olunub ki, «can» sözü orijinal dildə «gələcək həyatı» bildirir. Bu kimi məqamlar həqiqətlə maraqlanan insanlara dərs keçərkən təbliğçilərə çox kömək edir.

Beninin Abomey şəhərində yerləşən fon dili tərcümə ofisi

Benin filialının komitə üzvü Pel Byer deyir: «Bizim nəşrlərimizdə Mətta kitabına çox istinadlar olunur. Məttanın yazdığı müjdənin düzgün tərcüməsi xoş xəbərin təbliğ edilməsində və öyrədilməsində çox böyük kömək olacaq. Bu tərcümə üçün Yehovaya, eləcə də çəkdikləri zəhmətə görə tərcümə qrupuna minnətdarıq».

Biz əminik ki, bu tərcümə sayəsində fondilli bacı-qardaşlar bundan sonra da həm özləri Allaha yaxınlaşacaq, həm də başqalarına bu işdə kömək edəcəklər (Mətta 5:3).