Kontentə keç

8 SENTYABR 2021
BİRLƏŞMİŞ ŞTATLAR

«İda» qasırğası ABŞ-ın cənubunda və şimalında böyük dağıntılar törədib

«İda» qasırğası ABŞ-ın cənubunda və şimalında böyük dağıntılar törədib

29 avqust 2021-ci il tarixində dördüncü kateqoriyaya aid olan «İda» qasırğası Luiziana ştatının Port-Furşon şəhərinin sahillərinə çatdı. Güclü dalğalar, leysan yağışları və güclü külək dağıdıcı daşqına səbəb oldu. Nəticədə, əmlaka ziyan dəydi və körfəzin sahilyanı ərazilərində elektrik enerjisi kəsildi.

Bacı-qardaşlara təsiri

  • İndiyə qədər ölənlər haqda hər hansı məlumat daxil olmayıb.

  • 2 qardaş cüzi xəsarət alıb.

  • 1 bacı təxliyə olunarkən xəsarət alıb. İndi o, xəstəxanadadır.

  • 1429 evə cüzi ziyan dəyib.

  • 183 evə ciddi ziyan dəyib.

  • 19 ev dağılıb.

  • 43 ibadət evinə cüzi ziyan dəyib.

  • 10 ibadət evinə ciddi ziyan dəyib.

  • 4 Toplantı zalına cüzi ziyan dəyib.

Bacımızın qasırğa nəticəsində ziyan dəymiş evi (Luiziana ştatı, Yeni Orlean şəhəri)

Yardım işləri

  • Yerli rayon nəzarətçiləri, ağsaqqallar və Zərərçəkənlərə yardım komitələrində xidmət edənlər bacı-qardaşlara baş çəkir və onlara təsəlli verir.

  • Ehtiyacı olanlar ərzaq, su və dərmanla təmin olunur.

  • Bütün yardım işləri COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına uyğun həyata keçirilir.

Bacı-qardaşlar bu fəlakətə hazır idilər və nə edəcəklərini bilirdilər. Onlar həmçinin dövlətin göstərişlərinə əməl edərək təhlükəli əraziləri tərk etmişdilər. Bunun sayəsində xeyli insanın həyatı xilas edildi (Məsəllər 22:3).