Kontentə keç

14 AVQUST 2020
BİRLƏŞMİŞ ŞTATLAR

«İsayas» qasırğası ABŞ-ın şərq sahillərində çoxlu dağıntılar törədib

«İsayas» qasırğası ABŞ-ın şərq sahillərində çoxlu dağıntılar törədib

Məkan

ABŞ-ın şərq sahilləri

Təbii fəlakət

  • 1-ci kateqoriyaya aid edilən «İsayas» qasırğası 3 avqust 2020-ci il tarixində Şimali Karolina ştatının sahillərinə çatıb

  • Şərq sahili boyunca şimala doğru hərəkət edən qasırğa onlarla tornadonun əmələ gəlməsinə səbəb olub. Külək dağıntılar törədib, xeyli sayda insanı elektrik enerjisiz qoyub

Bacı-qardaşlarımıza təsiri

  • Bir bacı xəsarət alıb

  • 12 ailə evlərini müvəqqəti tərk etməli olub

Əmlaka dəyən zərər

  • Dindaşlarımızın yaşadığı 55 evə cüzi ziyan dəyib

  • Beş evə ciddi ziyan dəyib

  • Bir neçə maşına ziyan dəyib

  • Beş ibadət evinə cüzi ziyan dəyib

Yardım işləri

  • COVID-19 pandemiyası ilə əlaqədar təhlükəsizlik tədbirlərinə riayət edərək rayon nəzarətçiləri və yığıncaq ağsaqqalları dərhal bacı-qardaşlara kömək etmək üçün tədbirlər görməyə başladılar.

Biz çox şadıq ki, Yehova qasırğaların ziyan vurduğu bacı-qardaşlara həmişə dəstək olur. Biz təbii «fəlakət qorxusu [bilməyəcəyimiz]» vaxtı böyük həsrətlə gözləyirik (Məsəllər 1:33).