15 AVQUST 2019
BİRLƏŞMİŞ ŞTATLAR
2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (ABŞ, Finiks)
Tarix: 9—11 avqust 2019-cu il
Məkan: «Çeyz-fild» stadionu (ABŞ, Arizona ştatı, Finiks şəhəri)
Proqramın dili: İngilis
İştirakçıların ən yüksək sayı: 40237
Vəftiz olunanların ümumi sayı: 352
Beynəlxalq nümayəndələrin sayı: 5000
Dəvət olunmuş filiallar: Avstralaziya, Böyük Britaniya, Kanada, Mərkəzi Avropa, Çili, Fransa, Yunanıstan, Hindistan, İtaliya, Koreya, Mikroneziya, Skandinaviya, Şri-Lanka, Taiti, Tailand, Trinidad və Tobaqo, Türkiyə
Yerli ərazidə baş vermiş hadisə: Finiksdə tədbir təşkilatçılığı, hotel və istirahət məkanlarında yer sifarişi ilə məşğul olan «Visit Phoenix» şirkətinin prezidenti və baş icraçı direktoru Stiv Mur deyib: «[Bu toplantı] uzun karyeram ərzində gördüyüm ən yüksək peşəkarlıqla təşkil olunmuş tədbir idi. Hələ üstəlik, siz sonda stadionu təmizləyəcəyinizi demişdiniz — indiyədək bunu heç kəs etməyib».
Beynəlxalq nümayəndələri Finiksin «Skay-Harbor» Beynəlxalq Hava Limanında qarşılayırlar
Yerli bacı-qardaşlar hotelin qarşısında nümayəndələrin gəlişini gözləyir
Yüzlərlə bacı-qardaş şövqlə «Çeyz-fild» stadionuna cümə günü gələn nümayəndələri salamlayır
Bəziləri milli geyimdə olan nümayəndələr proqrama qulaq asır
Vəftiz olunan 352 nəfərdən ikisi
Rəhbərlik Şurasının üzvü Samuel Hörd toplantının ikinci gününün sonunda yekun məruzə ilə çıxış edir
Nümayəndələr milli parkda gəzinti zamanı şəkil çəkdirir
Qardaşlar ata qoşulmuş arabanı idarə edirlər. Nümayəndələrə 19-cu əsrdə ABŞ-ın qərbində adi şəhərin gündəlik həyatı nümayiş etdirilir
Bazar günü yekun məruzə zamanı xüsusi tamvaxtlı xidmətçilər stadionun meydançasına çıxmağa dəvət olunur