23 AVQUST 2019
BİRLƏŞMİŞ ŞTATLAR
2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı beynəlxalq toplantı (ABŞ, Sent-Luis)
Tarix: 16—18 avqust 2019-cu il
Məkan: «Amerika» mərkəzində «Doum» arenası (ABŞ, Missuri, Sent-Luis)
Proqramın dilləri: ingilis, xorvat
İştirakçıların ən yüksək sayı: 28122
Vəftiz olunanların ümumi sayı: 224
Beynəlxalq nümayəndələrin sayı: 5000
Dəvət olunmuş filiallar: Argentina, Avstralaziya, Böyük Britaniya, Kanada, Mərkəzi Avropa, Kolumbiya, Xorvatiya, Çexiya-Slovakiya, Finlandiya, Fransa, Yaponiya, Filippin, Polşa, Portuqaliya, Skandinaviya, Serbiya, Cənubi Afrika
Yerli ərazidə baş vermiş hadisə: «Metrolink» şirkətinin xarici əlaqələr üzrə meneceri Martin Qalli deyib: «Sən birini sevdiyini deyə bilərsən. Sən nəyisə sevdiyini deyə bilərsən. Lakin təzahür etdirməyənə kimi ona sevgi demək olmaz. Siz məhəbbəti əməllərinizlə göstərirsiniz. Siz təvazökar insanlarsınız və sizi təvazökar edən məhəbbətdir, o, sizi qürrələnməyə qoymur. Yaxamdakı mənim «Metrolink» şirkətinin işçisi olduğumu göstərir. Sizin isə Yehovanın Şahidi olduğunuzu məhəbbət göstərir».
«Bi-State Development» (Sent-Luis regionunun iqtisadi inkişafını dəstəkləyən nəqliyyat şirkəti) şirkətinin xarici əlaqələr üzrə meneceri Cerri Valleli deyib: «Siz öz işlərinizi sadəcə xala xətrin qalmasın deyə etmirsiniz. Siz insanları düşünürsünüz və fərqi yoxdur onlar sizin başqa şəhərdən gələn dostlarınız, əməkdaşlıq etdiyiniz şəhərin işçiləri, yoxsa biz — «Metrolink»in işçiləridir. Siz əməkdaşlıq etdiyiniz bütün insanları düşünür və hər şeyi daha yaxşı və daha gözəl etmək üçün əlinizdən gələni edirsiniz».
Yerli bacı-qardaşlar Sent-Luisin Lambert Beynəlxalq Hava Limanında beynəlxalq nümayəndələrin gəlişini gözləyir
Beynəlxalq nümayəndələr Sent-Luisin mərkəzində ictimai təbliğdə
Bacı-qardaşlar toplantının keçirildiyi «Doum» adlandırılan məkanı təmizləyirlər
Yeni vəftiz olunmuş 224 nəfərdən üçü
Rəhbərlik Şurasının üzvü Deyvid Spleyn toplantının üçüncü günü yekun məruzə ilə çıxış edir
Nümayəndələr böyük sevinclə proqrama qulaq asır
Bazar günü xüsusi tamvaxtlı xidmətçilər meydançadan auditoriyaya əl edir
Nümayəndələr və yerli bacı-qardaşlar birgə şəkil çəkdirir
Nümayəndələr Sent-Luis zooparkında heyvanları seyr edir
Nümayəndələr Sent-Luisin ictimai kitabxanasında nadir eksponata — 1611-ci il tarixli Müqəddəs Kitabın «Kral Yakov tərcüməsi»nin ilk nəşrinə baxırlar. Xüsusi olaraq nümayəndələr üçün kitabxana müdiriyyəti Müqəddəs Kitabı Zəbur 83:18 ayəsində açıq saxlayıb
Gənc bacı-qardaşlar axşam tədbirində mahnı ifa edirlər