Kontentə keç

19 İYUL 2019
BİRLƏŞMİŞ ŞTATLAR

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı (ingilis dilində) beynəlxalq toplantı

2019-cu il «Məhəbbət heç vaxt tükənmir!» adlı (ingilis dilində) beynəlxalq toplantı
  • Tarix: 12—14 iyul 2019-cu il

  • Məkan: «NRG» stadionu (ABŞ, Texas ştatı, Hyuston)

  • Proqramın dilləri: ingilis, Koreya

  • İştirakçıların ən yüksək sayı: 50901

  • Vəftiz olunanların ümumi sayı: 401

  • Beynəlxalq nümayəndələrin sayı: 5000

  • Dəvət olunmuş filiallar: Avstralaziya, Belçika, Braziliya, Böyük Britaniya, Kanada, Kolumbiya, Çexiya-Slovakiya, Fransa, Hindistan, İtaliya, Yaponiya, Koreya, Filippin, Skandinaviya

  • Yerli ərazidə baş vermiş hadisə: Hyuston şəhərində keçirilən toplantıya gələn 50000 Yehovanın Şahidi və onların qonaqları şəhərin meri Silvester Törnerə böyük təəssürat bağışlayıb. O deyib: «Sizin gəlişiniz bizim üçün təzə hava kimidir. Ona görə qapılarımızı üzünüzə açdıq. Lap ildə iki dəfə gəlsəydiniz, sizi həmişə şəhərimizdə görməyə şad olardıq. Gələn il, lap ondan sonrakı il də gəlin».

 

Bacı-qardaşlar Hyustona gələn qonaqları salamlayır

Nümayəndələr yerli bacı-qardaşlarla təbliğ edir

Yeni vəftiz olunmuş 401 bacı-qardaşdan bəziləri

Rəhbərlik Şurasının üzvü Entoni Moris şənbə günü yekun məruzə ilə çıxış edir

Bəziləri milli geyimdə olan beynəlxalq nümayəndələr şəkil çəkdirir

Qonaqlar ünsiyyət edir

Bazar günü proqramın sonunda toplantı iştirakçıları xüsusi tamvaxtlı xidmətçiləri alqışlayır

Mahnılar, rəqslər və Yehovanın Şahidlərinin Hyustondakı tarixinin qısa icmalı ilə yadda qalan axşam tədbirinin sonunda səhnədə duran yerli bacı-qardaşlar