Kontentə keç

20 AVQUST 2020
BİRLƏŞMİŞ ŞTATLAR

ABŞ-ın Orta Qərb bölgəsində şiddətli dereço tufanı baş verib

ABŞ-ın Orta Qərb bölgəsində şiddətli dereço tufanı baş verib

Ərazi

ABŞ-ın Orta Qərb bölgəsi

Təbii fəlakət

  • 10 avqust 2020-ci il tarixində ABŞ-ın Orta Qərb bölgəsində şiddətli dereço (ispanca «düz» deməkdir) tufanı baş verib. Bu tufanın səciyyəvi cəhəti odur ki, ildırım, leysan və şiddətli külək zonası düz xətt üzrə hərəkət edir.

  • Külək insanların məhsul və əmlakına ziyan vurub, xeyli sayda insanı elektrik enerjisiz qoyub

Bacı-qardaşlarımıza təsiri

  • 2 təbliğçi cüzi xəsarət alıb

  • 18 təbliğçi evlərini tərk etməli olub

Əmlaka dəyən ziyan

  • Dindaşlarımızın yaşadığı 216 evə cüzi ziyan dəyib

  • 5 evə ciddi ziyan dəyib

  • 24 ibadət evinə cüzi ziyan dəyib

Yardım işləri

  • Həmin ərazidəki Zərərçəkənlərə yardım komitələri rayon nəzarətçiləri və yerli ağsaqqallarla birgə zərərçəkənlərə lazımi köməyi göstərir

Tufandan zərər çəkmiş bacı-qardaşlarımızı darda qoymadığına görə Yehovaya ürəkdən minnətdarıq. İnsanların təbii fəlakət ucbatından evlərini və əmlaklarını itirmək qorxusunun olmayacağı vaxtı böyük həsrətlə gözləyirik (Əşiya 65:21).