Kontentə keç

Oklahomanın El-Reno şəhərində qasırğanın vurduğu ziyan

13 İYUN 2019
BİRLƏŞMİŞ ŞTATLAR

ABŞ-ın bəzi ərazilərində kəskin hava şəraiti hökm sürür

ABŞ-ın bəzi ərazilərində kəskin hava şəraiti hökm sürür

Kütləvi informasiya vasitələrində verilən xəbərlərə görə, 2019-cu ilin may ayı ərzində ABŞ-da şiddətli yağışlar yağıb və 500-ə yaxın tornado olub.

Arkanzas, İndiana, Missisipi, Missuri, Ohayo, Oklahoma, Pensilvaniya və Texas ştatlarındakı Yehovanın Şahidləri kəskin hava şəraitindən zərər çəkib. Bacı-qardaşlarımız arasında ölən yoxdur. Lakin altı nəfər xəsarət alıb, onlardan dördü xəstəxanaya yerləşdirilib. Bundan əlavə, qardaşlarımıza məxsus 6 ev dağılıb, 98 evə və 12 ibadət evinə isə zərər dəyib. Evlərə dəymiş zərər nəticəsində 84 bacı-qardaş köçürülüb.

Qardaşlarımız dəymiş zərərin həcmini müəyyən edir və zərərçəkənləri ərzaq, su və qalmağa yerlə təmin edir. Yerli ağsaqqallar və rayon nəzarətçiləri bacı-qardaşlara ruhani və emosional cəhətdən dəstək olurlar.

Biz qasırğaların nəticəsiylə mübarizə aparan bacı-qardaşlara dəstək olmağa və onlar üçün dua etməyə davam edirik (2 Korinflilərə 1:3,4).