Kontentə keç

23 APREL 2020
BİRLƏŞMİŞ ŞTATLAR

ABŞ-ın cənub-şərqi 100-dən çox tornadonun təsirinə məruz qalıb

ABŞ-ın cənub-şərqi 100-dən çox tornadonun təsirinə məruz qalıb

12 və 13 aprel 2020-ci il tarixlərində ABŞ-ın cənub-şərqi 100-dən çox tornadonun təsirinə məruz qalıb. Milli Meteorologiya Xidmətinin verdiyi məlumata görə, bir tornadonun eni təxminən üç kilometrə çatıb və bu, indiyədək qeydə alınmış ən böyük tornadolardan biri olub.

Filial qardaşlarımızın vəziyyəti barədə öyrənmək üçün dərhal həmin ərazidə xidmət edən rayon nəzarətçiləri ilə əlaqə saxlayıb. Dindaşlarımız arasında təbii fəlakət nəticəsində ölən yoxdur. Bir bacı yüngül xəsarət alıb. 63 təbliğçi evini tərk etməli olub, 12 ev dağılıb, 58 evə isə ziyan dəyib. Bundan əlavə, beş ibadət evinə cüzi, üstünə ağac yıxılmış bir ibadət evinə isə ciddi ziyan dəyib.

Yerli ağsaqqallar və rayon nəzarətçiləri vəziyyəti qiymətləndirməyə davam edirlər. Onlar bacı-qardaşların ilkin və ruhani tələbatlarının qayğısına qalır, zərərçəkənlərə ehtiyac duyduqları təsəllini verirlər (Əşiya 40:1).