6 NOYABR 2020
BİRLƏŞMİŞ ŞTATLAR
ABŞ-ın cənub-şərqində «Zeta» qasırğası baş verib
Məkan
ABŞ-ın cənub-şərqi
Təbii fəlakət
İkinci kateqoriyaya aid edilən və sürətlə hərəkət edən qasırğa 28 oktyabr 2020-ci il tarixində Luiziana ştatının sahillərinə çatıb. Sonra tropik qasırğa səviyyəsinə enərək ABŞ-ın cənub-şərq bölgəsinin digər ərazilərində dağıntılar törədib.
Sahilə çırpılan şiddətli fırtına dalğaları və külək əmlaka ciddi ziyan vurub və elektrik enerjisinin kütləvi kəsilməsinə səbəb olub.
Bacı-qardaşlara təsiri
324 təbliğçi təxliyə olunub
1 təbliğçiyə cüzi ziyan dəyib
Əmlaka dəyən ziyan
291 evə və 14 ibadət evinə cüzi ziyan dəyib
8 evə və 3 ibadət evinə ciddi ziyan dəyib
1 ev dağılıb
Yardım işləri
Yerli ağsaqqallar və rayon nəzarətçiləri zərərçəkənlərə baş çəkir və onlara lazımi yardımı göstərir. Həmin ərazidə COVID-19 və «Laura» qasırğası ilə əlaqədar təyin olunmuş Zərərçəkənlərə yardım komitələri «Zeta» qasırğasından zərər çəkənlərə də yardım göstərir. Onlar COVID-19 ilə bağlı bütün təhlükəsizlik tədbirlərinə əməl edirlər.
Bu qasırğanın bacı-qardaşlara ciddi ziyan vurduğu barədə eşitmək bizi kədərləndirir. Amma Yehova yardım işləri vasitəsilə bir daha xidmətçilərini sevgisində əmin edir (Zəbur 89:1).