Kontentə keç

14 MART 2019
BİRLƏŞMİŞ ŞTATLAR

ABŞ-ın cənub-şərqində dağıdıcı qasırğalar olub

ABŞ-ın cənub-şərqində dağıdıcı qasırğalar olub

Bazar günü, 3 mart 2019-cu ildə dağıdıcı qasırğalar Alabama, Florida və Corciya ştatlarının bir hissəsindən keçib. Nəticədə 23 nəfər ölüb, onlarla insan isə xəsarət alıb.

ABŞ filialından verilən xəbərə görə, ölənlər arasında Yehovanın Şahidləri yoxdur. Lakin Corciya Ştatının Fort-Vali şəhərində yaşayan bir bacımız evinin dağılması nəticəsində xəsarət alıb. Ona yaxınlıqdakı xəstəxanada lazımi tibbi yardım göstərilir. Bundan əlavə, filialdan verilən məlumata görə, qardaşlarımıza məxsus altı evə ziyan dəyib, digər dördü isə tamamilə uçub. Həmin ərazidə xidmət edən rayon nəzarətçilərinin rəhbərliyi altında təbliğçilər zərər çəkmiş qardaşları qida, ev və paltarla təmin edirlər, yerli ağsaqqallar isə onlara ruhani təsəlli verirlər.

Dua edirik ki, təbii fəlakətdən zərər çəkmiş qardaşlarımız 2019-cu ilin ayəsindən özlərinə təsəlli tapsınlar: «Təlaşa düşmə, sənin Allahın Mənəm» (Əşiya 41:10).