Kontentə keç

Qasırğadan sonra Mak-Kinni şəhərinin (Texas ştatı) yuxarıdan görüntüsü

1 MART 2021
BİRLƏŞMİŞ ŞTATLAR

ABŞ-ın cənub bölgələrində şiddətli hava şəraiti 7650 təbliğçini evlərini tərk etməyə məcbur edib

ABŞ-ın cənub bölgələrində şiddətli hava şəraiti 7650 təbliğçini evlərini tərk etməyə məcbur edib

Məkan

ABŞ-ın cənub bölgələri

Təbii fəlakət

  • 13 fevral 2021-ci il tarixindən etibarən ABŞ-ın cənub bölgələrində sərt şaxtalı hava müşahidə olunurdu. Ən böyük ziyan Texas ştatına dəyib. Qarlı hava şəraiti, yolların buz bağlaması və rekord həddə çatan aşağı temperatur nəticəsində bir neçə gün ərzində evlər və müəssisələr elektrik enerjisiz qalmışdı. Bundan əlavə, bir çox yerlərdə borular donaraq sıradan çıxmışdı.

Bacı-qardaşlara təsiri

  • 11 təbliğçi xəstəxanaya yerləşdirilib

  • 94 təbliğçi cüzi xəsarət alıb

  • 7650 təbliğçi evlərini tərk etməli olub

Əmlaka dəyən ziyan

  • 14 ibadət evinə və 1 Toplantı zalına cüzi ziyan dəyib

  • 5 ibadət evinə ciddi ziyan dəyib

  • 3224 evə cüzi ziyan dəyib

  • 113 evə ciddi ziyan dəyib

  • 12 ev dağılıb

Yardım işləri

  • Rayon nəzarətçiləri və yığıncaq ağsaqqalları pandemiya ilə əlaqədar təyin olunmuş Zərərçəkənlərə yardım komitəsi ilə birgə zərərçəkənlərə yardım göstərib; onları içməli su ilə təmin edib, təcili təmirə ehtiyacı olan evləri və ibadət evlərini təmir ediblər. Onlar həmçinin evlərini tərk etməli olanları müvəqqəti sığınacaqla təmin ediblər. Yardım işləri COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına uyğun şəkildə həyata keçirilir.

Yehovaya minnətdarıq ki, sərt hava şəraitindən zərər çəkən bacı-qardaşlara təsəlli verir (2 Korinflilərə 1:3).