22 İYUL 2019
BİRLƏŞMİŞ ŞTATLAR
ABŞ-ın cənubunda «Barri» tropik fırtınası tüğyan edir
Şənbə günü, 13 iyul 2019-cu il tarixində ABŞ-ın Luiziana ştatına çatmış birinci dərəcəli «Barri» qasırğası tezliklə tropik fırtına səviyyəsinə enib. Fırtına xeyli ziyan vurub, daşqına, eləcə də Alabama, Luiziana və Missisipi ştatlarının böyük ərazilərində elektrik enerjisinin verilməsində fasilələrə səbəb olub.
Yehovanın Şahidləri arasında ölən və ya xəsarət alan yoxdur. Bununla belə, 123 dindaşımız evlərini tərk etməyə məcbur olub. Qasırğa qardaşlarımıza məxsus 27 evə və 5 ibadət evinə ziyan vurub.
Rayon nəzarətçiləri və yerli ağsaqqallar zərər çəkmiş bacı-qardaşlara baş çəkir. Qonşu yığıncaqlardakı təbliğçilər ehtiyacı olanları su, ərzaq və qalmağa yerlə təmin edirlər. Ziyan dəymiş evlərin təmir işləri artıq başlayıb.
«Barri» tropik fırtınasının nəticələrindən əziyyət çəkən ABŞ-ın cənubundakı bacı-qardaşlarımız üçün dua etməyə davam edəcəyik (Məsəllər 18:10).