Kontentə keç

17 SENTYABR 2020
BİRLƏŞMİŞ ŞTATLAR

ABŞ-ın qərb ştatlarında yanğınlar davam edir

ABŞ-ın qərb ştatlarında yanğınlar davam edir

Məkan

Kaliforniya, Oreqon və Vaşinqton

Təbii fəlakət

  • Sürətlə hərəkət edən yanğın Kaliforniyadan Vaşinqtona kimi iki milyon hektarlıq ərazini külə döndərib

  • Havanın keyfiyyəti sağlamlıq üçün hələ də təhlükəli həddədir

  • Yanğınlardan biri Kaliforniyanın tarixində ən böyük yanğın kimi qeydə alınıb

Bacı-qardaşlara təsiri

  • 4546 təbliğçi təxliyə olunub

Əmlaka dəyən zərər

  • 61 ev yanıb

  • 16 evə ziyan dəyib

Yardım işləri

  • Zərərçəkənlərə yardım komitələri rayon nəzarətçiləri və yerli ağsaqqallarla birgə təxliyə olunmuş bacı-qardaşlara yardım göstərməyə davam edir. Eyni zamanda hamı COVID-19 ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl edir

Bacı-qardaşlar Yehovanın təşkilatı vasitəsilə göstərdiyi qayğını hiss edirlər. Evi yanmış bir bacı deyib: «Biz özümüz hələ nəyə ehtiyacımız olduğunu dərk etməmiş qardaşlar bizi artıq hər şeylə təmin etdilər».

Yanğınlar davam etsə də, bacı-qardaşlar ruhdan düşmür. Onlar Yehovanın nəvazişli qayğısını və mərhəmətini hiss edirlər (Yaqub 5:11).