Kontentə keç

Qasırğa Kaliforniyaya (ABŞ) ciddi ziyan vurub

19 YANVAR 2023
BİRLƏŞMİŞ ŞTATLAR

ABŞ-ın qərbində güclü qasırğalar baş verib

ABŞ-ın qərbində güclü qasırğalar baş verib

2023-cü il yanvarın 4-dən etibarən güclü qar, leysan yağışları və dağıdıcı küləklər ABŞ-ın Kaliforniya ştatını ağuşuna aldı. Aramsız qasırğalar daşqına, selə və elektrik enerjisinin kəsilməsinə səbəb oldu. Minlərlə insan evini tərk etməli olub və azı 19 nəfər həyatını itirib. Bu güclü qasırğalar zamanı bəzi ərazilərdə bir neçə gün ərzində o qədər yağıntı yağmışdı ki, bu, il ərzində yağan yağıntı miqdarının yarısından çox idi.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlar arasında ölən yoxdur.

  • 199 təbliğçi evini tərk edib.

  • 4 evə ciddi zərər dəyib.

  • 141 evə cüzi zərər dəyib.

  • 23 ibadət evinə cüzi zərər dəyib.

  • 1 tərcümə ofisinə cüzi zərər dəyib.

Yardım işləri

  • Rayon nəzarətçiləri və ağsaqqallar zərərçəkənləri ziyarət edir və onlara əməli yardım göstərirlər.

  • 44 evə dəyən zərər aradan qaldırılıb.

  • 15 ev təmir olunub.

Əminik ki, Yehova bu dar günlərində bacı-qardaşlarımıza dayaq olur (Zəbur 50:15).