Kontentə keç

Hücum səhnəsi (Virciniya-Biçin bələdiyyə binası)

4 İYUN 2019
BİRLƏŞMİŞ ŞTATLAR

ABŞ-da Virciniya-Biç şəhərində atışma

ABŞ-da Virciniya-Biç şəhərində atışma

31 may 2019-cu il tarixində silahlı adam Virciniya-Biç şəhər (ABŞ, Virciniya ştatı) bələdiyyə binasında işləyən işçilərə atəş açıb. On iki nəfər öldürülüb, dörd nəfər isə yaralanıb.

ABŞ filialından verilən xəbərə görə, əfsuslar olsun ki, Lakita Braun adlı bir bacımız hücum zamanı qətlə yetirilib. Lakita Braunun 39 yaşı var idi və o, Virciniya ştatının Norfolk şəhərində «Sivyu Frenç» yığıncağında öncül kimi xidmət edirdi. O həmçinin Yerli layihə-inşaat şöbəsində könüllü kimi xidmət edirdi. Yerli ağsaqqallar və rayon nəzarətçisi Lakita Braunun ailəsinə və dostlarına ruhani təsəlli verir və mənəvi dəstək göstərirlər.

Bacımızın ölümü bizi çox kədərləndirir. Biz bu cür faciələrin olmayacağı və əmin-amanlığın bol olacağı zamanı səbirsizliklə gözləyirik (Zəbur 37:10,11).