Kontentə keç

6 AVQUST 2020
BİRLƏŞMİŞ ŞTATLAR

«Hanna» qasırğası Texasın cənub-şərqində dağıntılar törədib

«Hanna» qasırğası Texasın cənub-şərqində dağıntılar törədib

Məkan

ABŞ, Texas ştatı

Təbii fəlakət

  • 1-ci kateqoriyaya aid edilən «Hanna» qasırğası 25 iyul 2020-ci il tarixində Texas sahillərinə çatıb. Qasırğa daşqına və böyük dalğalara səbəb olub

  • «Hanna» qasırğası Atlantik okeanda qasırğalar mövsümünün ilk qasırğasıdır

Bacı-qardaşlarımıza təsiri

  • İki qardaşımız cüzi xəsarət alıb

  • 193 təbliğçi müvəqqəti evlərini tərk etməli olub

Əmlaka dəyən zərər

  • Bacı-qardaşlarımızın yaşadığı 347 evə cüzi zərər dəyib

  • 31 evə ciddi zərər dəyib

Yardım işləri

  • Fəlakət zonasında xidmət edən rayon nəzarətçiləri yerli ağsaqqallarla birgə zərərçəkənlərə təsəlli verir və onlara praktiki kömək göstərirlər

«Hər cür təsəlli Allahı» olan Yehovaya minnətdarıq ki, bu çətin günlərdə Texasdakı bacı-qardaşlarımızın qeydinə qalmağa davam edir (2 Korinflilərə 1:3, 4).