Kontentə keç

20 NOYABR 2019
BİRLƏŞMİŞ ŞTATLAR

Kaliforniyada güclü yanğınlar

Kaliforniyada güclü yanğınlar

Son aylarda Kaliforniya ştatında çoxsaylı güclü yanğınlar baş verib. Yanğınlar 362 kvadrat kilometr ərazini külə döndərib.

ABŞ filialının verdiyi məlumata görə, yanğınlar ucbatından 1700-dən çox bacı-qardaşımız təxliyə olunub. Xəsarət alan və həlak olan yoxdur. 10 oktyabr 2019-cu il tarixində Kalimesada başlamış «Sandalvud» yanğını bir qardaşımızın evini məhv edib. Bəzi evlərə tüstüdən cüzi ziyan dəyib. Təxliyə edilənlərin, demək olar ki, hamısı artıq evlərinə qayıdıb.

Fəlakət zonasında yaşayan bir ağsaqqal deyib: «Bu kimi vəziyyətlərdə verilən rəhbərliyə itaət etməyin vacibliyi danılmazdır. Qardaşlarımız fəlakət zonalarında olanları dərhal təxliyə edib. Bunun sayəsində yanğınsöndürənlər, insanları axtarmaq əvəzinə, bütün diqqətlərini alovu söndürməyə cəmləmişlər».

Rayon nəzarətçiləri və yerli ağsaqqallar humanitar yardımın paylanması işinə nəzarət edirlər. Ətraf ərazilərdə yaşayan təbliğçilər böyük məhəbbət və qonaqpərvərlik göstərib. Bir rayon nəzarətçisi məsihi məhəbbətinin bu cəhəti haqqında yazıb: «Evlərini tərk etməli olmuş bacı-qardaşlarımız üçün qalmağa yer tapmaqla bağlı heç bir çətinliyimiz olmayıb».

Yanğınlardan zərərçəkmişlərə «dayaq olan» bacı-qardaşlarımıza görə Yehovaya çox minnətdarıq (Koloslulara 4:11).