Kontentə keç

Zəlzələ nəticəsində əmələ gəlmiş çat

15 İYUL 2019
BİRLƏŞMİŞ ŞTATLAR

Kaliforniyanın cənubunu güclü zəlzələlər sarsıdıb

Kaliforniyanın cənubunu güclü zəlzələlər sarsıdıb

4 iyul 2019-cu il tarixindən Kaliforniyanın cənubunda yerləşən Mohave səhrasında güclü zəlzələlər və yeraltı təkanlar olub. Onlardan biri 7.1 bal gücündə olub və bu, həmin ərazidə son iyirmi ildə baş vermiş ən güclü zəlzələlərdən biri idi.

Zəlzələlər 215 nəfər təbliğçinin yaşadığı Ridckrest şəhəri yaxınlığında baş verib. Xoşbəxtlikdən, bacı-qardaşlarımız arasında ciddi xəsarət alan yoxdur. Lakin üç təbliğçi cüzi xəsarət alıb və ilkin məlumatlara əsasən, yeddi təbliğçi köçürülüb. Bundan başqa, Yehovanın Şahidlərinə məxsus 7 evə ciddi, 35 evə isə cüzi ziyan dəyib. Həmçinin iki ibadət evinə də cüzi ziyan dəyib.

İki rayon nəzarətçisi ərazidəki yardım işlərinə nəzarət edir. Rayon nəzarətçiləri və yerli ağsaqqallar həmçinin zərər çəkmiş bacı-qardaşlara baş çəkib təsəlli verir.

Biz dua edirik ki, Yehova bu cür təbii fəlakətlərlə üzləşən bacı-qardaşlarımıza onların öhdəsindən gəlmək üçün lazımi hikmət versin (Məsəllər 2:6—8).