Kontentə keç

7 SENTYABR 2020
BİRLƏŞMİŞ ŞTATLAR

«Laura» qasırğası Luiziana ştatının sahillərinə çatıb

«Laura» qasırğası Luiziana ştatının sahillərinə çatıb

Məkan

Arkanzas, Missisipi, Luiziana, Texas.

Təbii fəlakət

  • 4-cü kateqoriyaya aid edilən «Laura» qasırğası 27 avqust 2020-ci il tarixində Luiziana ştatının qərb sahillərinə çatıb. Şiddətli külək əmlaka böyük ziyan vurub, xeyli insanı elektrik enerjisiz qoyub

Bacı-qardaşlara təsiri

  • Əfsuslar olsun ki, bir yaşlı bacımız tibbi müəssisədən təxliyə edilərkən vəfat edib

  • Bir bacı yüngül xəsarət alıb

  • 3992 təbliğçi evlərini müvəqqəti tərk etməli olub

Əmlaka dəyən ziyan

  • Dindaşlarımızın yaşadığı 10 ev dağılıb

  • 95 evə və 4 ibadət evinə böyük ziyan dəyib

  • 192 evə və 18 ibadət evinə cüzi ziyan dəyib

Yardım işləri

  • ABŞ filialı Zərərçəkənlərə yardım komitəsi təyin edib

  • Rayon nəzarətçiləri və yerli ağsaqqallar evlərini tərk edən təbliğçilərə qalmağa təhlükəsiz yer tapmağa kömək edir

Hadisə

  • Ətraf ərazilərdə yaşayan bacı-qardaşlar evlərinin qapılarını təxliyə olunanların üzünə açıb. Hamı COVID-19 pandemiyası ilə bağlı təhlükəsizlik qaydalarına əməl edir. Təxliyə olunmuş qardaşlardan biri deyib: «Bütün bunlar Yehovanın xeyir-duasıdır!»

Rəhbərliyə əməl etməklə və dara düşənlərə kömək etməklə fəlakət zonasında yaşayan bu bacı-qardaşlar özlərini «Allahın xidmətçiləri kimi [göstərir]» (2 Korinflilərə 6:4).