Kontentə keç

«Milton» qasırğasının Manasota-Ki ərazisində törətdiyi dağıntılar (ABŞ, Florida)

17 OKTYABR 2024
BİRLƏŞMİŞ ŞTATLAR

«Milton» qasırğası ABŞ-nin Florida ştatını cənginə alıb

«Milton» qasırğası ABŞ-nin Florida ştatını cənginə alıb

2024-cü il oktyabrın 9-u 3-cü kateqoriyalı «Milton» qasırğası ABŞ-nin Florida ştatının körfəz sahilindən başlayaraq bütün ştatda dağıntılar törətdi. «Helin» qasırğasından heç iki həftə keçməmiş «Milton» qasırğası da özü ilə daşqın və dağıntılar gətirdi. «Milton» qasırğası nəticəsində yaranan küləyin sürəti saatda 289 kilometrə çatırdı. Bir neçə sahilyanı ərazilərdə yağıntının miqdarı 45 santimetrə, dalğaların hündürlüyü isə 3 metrə çataraq güclü daşqına səbəb olub.

Bundan əlavə, «Milton» qasırğası Floridanın cənubunda və mərkəzində 38 tornado yaradaraq çoxlu dəhşətli dağıntılara səbəb olub. Təxminən 80 000 insan işıqsız qalıb, ən azı 24 nəfər isə həyatını itirib.

Bacı-qardaşlara təsiri

  • Bacı-qardaşlar arasında ölən yoxdur

  • 2 dindaşımız ciddi xəsarət alıb

  • 4 dindaşımız cüzi xəsarət alıb

  • 9949 bacı-qardaşımız təxliyə olunub

  • 16 ev dağılıb

  • 235 evə ciddi ziyan dəyib

  • 1398 evə cüzi dəyib

  • 1 ibadət evinə cüzi ziyan dəyib

  • 30 ibadət evi hal-hazırda işıqsız qalıb və istifadə olunmur

Yardım işləri

Bacı-qardaşlar yaşlı bacının evinin damına aşmış ağacı yerə endirirlər (Florida, Zefirhils)

  • «Milton» qasırğasından iki gün öncə Birləşmiş Ştatlar filialı qasırğanın təsir edəcəyi ərazilərdə yerləşən 800-dən çox yığıncağa təxliyə ilə bağlı məlumat məktubu göndərmişdi

  • Rayon nəzarətçiləri və yerli ağsaqqallar «Helin» və «Milton» qasırğalarından zərər çəkənlərə ruhani və əməli kömək göstərirlər

  • Hər iki qasırğadan zərər çəkənlərə kömək etmək üçün 3 Zərərçəkənlərə yardım komitəsi təyin olunub

  • ABŞ-nin Corciya və Cənubi Karolina ştatlarındakı yüzlərlə Yehovanın Şahidi təxliyə olunmuş dindaşlarına öz evlərinin qapılarını açıblar

Biz dua edirik ki, Yehova bundan sonra da bu güclü qasırğalardan əziyyət çəkmiş bacı-qardaşlara sığınacaq olsun (Əşiya 4:6).