Kontentə keç

Vakavil dövlət həbsxanası (Kaliforniya ştatı)

25 DEKABR 2020
BİRLƏŞMİŞ ŞTATLAR

Pandemiya zamanı məhbuslara kömək

Pandemiya zamanı məhbuslara kömək

COVID-19 pandemiyası ucbatından ABŞ-ın bütün islah müəssisələrində karantin rejimi tətbiq olunduğundan yüzlərlə Yehovanın Şahidi artıq həbsxanalara müntəzəm şəkildə baş çəkərək Müqəddəs Kitab dərsləri keçə və Müqəddəs Kitab nəşrləri çatdıra bilmirlər. Lakin qardaşlar karantin rejimini pozmadan həbsxanalarda xidmətlərini davam etdirməyin yolunu tapdılar. Bunun sayəsində həbsdə olan minlərlə insan ruhani kömək almağa davam etdi.

ABŞ filialının ərazisində islah müəssisələrindəki xidmətə nəzarət edən Den Hauton deyir: «Ruhani qida üçün bizi gözləyənlərə görə narahat idik. İndi onlar bizə əvvəlkindən daha çox ehtiyac duyur».

Məsələn, Mayka Sayrstad Vakavildə (Kaliforniya ştatı) həbsxana müdiriyyəti ilə əlaqə saxlayaraq JW televiziyasının proqramlarını həbsxanaya göndərmək üçün icazə istədi. Həbsxana müdiriyyəti Kaliforniyanın 33 həbsxanasını əhatə edən daxili telekanal vasitəsilə yayımlamaq üçün müxtəlif videomateriallar göndərməyi xahiş edəndə qardaş çox təəccübləndi. Bunun sayəsində 2020-ci ilin «Həmişə sevinin!» regional toplantısının videoları hər gün gündə üç dəfə 28 dəqiqə ərzində göstərilirdi. Videolara 130 000 məhbusun baxmaq imkanı olub.

Mayka qardaş deyir: «Bu işdə Yehovanın əlini görmək çox heyrətamiz idi. O, nəsə etmək istəyirsə, heç nə Onun qarşısını ala bilməz!»

Qardaşlar xəbər tutdular ki, Sarasota dairə həbsxanasının müdiriyyəti (Florida ştatı) karantin zamanı məhbuslara şiddətlənmiş stresin öhdəsindən gəlməyə kömək edəcək kitablar axtarışındadır. Qardaşlar onlara ingilis və ispan dillərində Müqəddəs Kitab və ona əsaslanan nəşrlər təklif etdilər və müdiriyyət bu təklifi qəbul etdi. Qardaşlar həmçinin videokonfrans vasitəsilə Müqəddəs Kitab dərslərinin keçirilməsini təşkil etdilər. Onlayn Müqəddəs Kitab dərsləri barədə bir məhbus ona dərs keçən qardaşa yazmışdı: «Sizinlə görüşü səbirsizliklə gözləyirəm. Bu görüşlər məni Müqəddəs Kitabı oxumağa təşviq edir. Gələcəyi artıq başqa cür təsəvvür edirəm».

Sarasota dairə həbsxanasının əməkdaşları qardaşımız Manolo Rodriqezin evindən ingilis və ispan dillərində 70 Müqəddəs Kitab və ona əsaslanan 30 nəşri götürür. Qardaşımız nəşrləri maşına yükləyir

Biz çox şadıq ki, nə pandemiya, nə də həbsxana divarları qayğıkeş Atamız Yehovaya Onu tanımaq istəyən insanlara ruhani kömək göstərməsi üçün əngəl deyil (Zəbur 139:7—10).