Kontentə keç

«Səbirli olun!» (2023) adlı regional toplantı (Nyubörq, Nyu-York, ABŞ)

15 MAY 2023
BİRLƏŞMİŞ ŞTATLAR

«Səbirli olun!» (2023) adlı regional toplantılar başlayır

«Səbirli olun!» (2023) adlı regional toplantılar başlayır

Pandemiya ucbatından 2020-ci ilin mart ayından regional toplantıların canlı keçirilməsi dayandırılmışdı. Bu il dünyanın müxtəlif yerlərində 6000-dən çox «Səbirli olun!» adlı regional toplantı keçiriləcək. Toplantılar 500-dən çox dildə olacaq. Bu toplantılardan ilki 2023-cü ilin 12—14 may tarixlərində keçirildi.

ABŞ-ın Nyu-York ştatının Nyubörq şəhərində yerləşən Yehovanın Şahidlərinin Toplantı zalında keçirilən toplantıya 1800-dən çox iştirakçı qatılmışdı. Orada iştirak edən Kristina Tores bacı deyir: «Sədr “Xoş gəlmisiniz!” deyəndə bütün zalı alqış səsi bürüdü. Yenidən birlikdə olduğumuza görə hamı sevinc içində idi». Toplantıda iştirak edən Duan Smit qardaş isə deyir: «Zaldakı şən əhval-ruhiyyəyə heyran qaldım. Bacı-qardaşların bir-birini görüb nə qədər sevindiyi aydın görünürdü».

Pandemiya dövründə vəftiz olunan Cesika Dolçemaskolo bacı ilk dəfə idi ki canlı toplantıda iştirak edirdi. O, hisslərini belə ifadə edir: «Buradakı sevinci, məhəbbəti, xoşbəxtliyi bilirsiniz nəyə bənzədirəm, sanki uzun müddət ayrı düşdüyüm ən yaxın dostuma qovuşmuşam». Bu ilin əvvəlində vəftiz olunan 18 yaşlı Noemi Tinajero bacı deyir: «Xoşbəxt ailələr, xoşbəxt insanlar görürsünüz... Adam özünü indidən yeni dünyada hiss edir».

Bacılar cümə günü səhər Nyubörqdakı toplantıya gəlirlər

Çoxları toplantı proqramına görə minnətdarlıqlarını bildirib. Sam Huh qardaş deyir: «Səbirli olmaq çoxumuz üçün çətin məsələdir. Odur ki, Yehovanın möhtəşəm səbir xüsusiyyətini təqlid etməyimiz üçün bu xatırlatma düz yerinə düşdü». Frençi Smit bacı deyir: «Bu toplantıda səbir xüsusiyyətinin həyatımın hər bir sahəsində vacib olduğunu öyrəndim. Proqramın bütün hissələri çox faydalı idi».

Nyu-Yorkun Nyubörq şəhərində keçirilən toplantıya qatılanlar necə də ruhlandılar! Biz də dünyanın dörd bir yanında olan milyonlarla bacı-qardaşımızla birgə növbəti aylarda keçiriləcək ruhani ziyafəti səbirsizliklə gözləyirik (Zəbur 122:1).