24 SENTYABR 2020
BİRLƏŞMİŞ ŞTATLAR
«Salli» qasırğası nəticəsində ABŞ-ın cənub-şərq bölgəsini su basıb
Məkan
Alabama, Florida və Missisipi
Təbii fəlakət
Yavaş-yavaş hərəkət edən və 2-ci kateqoriyaya aid edilən fırtına 16 sentyabr 2020-ci il tarixində Alabamanın sahillərinə çatıb. Bir neçə saat ərzində yağan şiddətli leysan yağışları nəticəsində bölgəni su basıb
Şiddətli küləklər əmlaka ciddi ziyan vurub və elektrik enerjisinin kəsilməsinə səbəb olub
Bacı-qardaşlara təsiri
240 təbliğçi təxliyə olunub
1 təbliğçi yüngül xəsarət alıb
Əmlaka dəyən ziyan
143 evə və 11 ibadət evinə cüzi ziyan dəyib
12 evə və 1 ibadət evinə böyük ziyan dəyib
Yardım işləri
İki Zərərçəkənlərə yardım komitəsi rayon nəzarətçiləri və yerli ağsaqqallarla birgə fəlakət zonasındakı dindaşlarımızın ruhani və fiziki tələbatlarının qayğısına qalır. Onlar COVID-19 ilə bağlı təhlükəsizlik tədbirlərinə riayət edirlər
Bir təbliğçi etiraf edib ki, qasırğadan sonra özünü çox narahat hiss edirdi. Lakin qısa müddət ərzində yerli yığıncaqdan yardım alandan sonra o dedi: «Artıq narahatçılıqdan əsər-əlamət qalmayıb, indi ürəyim qardaşların məhəbbət və dəstəyinə görə minnətdarlıqla dolub-daşır» (1 Yəhya 3:18).