28 APREL 2021
BİRLƏŞMİŞ ŞTATLAR
Sent-Vinsent adasında vulkan püskürməsi
Məkan
Sent-Vinsent və Barbados adalarının müəyyən əraziləri.
Təbii fəlakət
9 aprel 2021-ci il tarixində Sufriyer vulkanı tüstü və kül püskürməyə başlayıb.
Külli miqdarda kül binaların dağılmasına, elektrik enerjisinin verilməsində fasilələrə və içməli su qıtlığına səbəb olub.
Bəzi proqnozlara görə, vulkan püskürməsi bir neçə həftə davam edəcək.
Bacı-qardaşlara təsiri
Sent-Vinsent və Barbados adalarından 185 təbliğçi təxliyə edilib.
Əmlaka dəymiş ziyan
Ən böyük ziyan Sent-Vinsent adasının şimal ərazilərinə dəyib. Lakin ora hələ də düşmək mümkün olmadığı üçün dəymiş zərəri hesablamaq mümkün deyil.
Yardım işləri
Təxliyə edilmiş dindaşlarımızı Sent-Vinsent adasının təhlükəsiz ərazilərində və yaxınlıqdakı adalarda yaşayan bacı-qardaşlar qəbul edib. COVID-19 ilə bağlı təhlükəsizlik qaydalarına əməl olunur.
Bu ərazidə COVID-19 ilə əlaqədar yaradılmış Zərərçəkənlərə yardım komitəsi təbii fəlakətdən zərər çəkmiş bacı-qardaşlara yardım göstərir. Komitə rayon nəzarətçisi və yerli ağsaqqallarla birgə içməli su paylayır və təxliyə olunmağa kömək edir.
Sent-Vinsent və Sent-Lüsiyanın hakimiyyət nümayəndələri də yardım işlərində kömək edir.
Görmə qabiliyyətini itirən bir yaşlı qardaşı vulkan püskürməsi başlayandan bir az əvvəl bir qrup qardaş təxliyə etdi. Maşınla daha təhlükəsiz yerə gedərkən onlar küçələrdə təlaş içində ora-bura qaçan insanları görürdülər. Xoşbəxtlikdən, bütün bacı-qardaşlar təhlükəsizlikdədir.
Biz çox şadıq ki, dindaşlarımız zərərçəkmiş bacı-qardaşları qalmağa yer ilə təmin edib və təsəlli verirlər. Onlar «dar gündə köməyə [hazır]» olan Yehova kimi davranırlar (Zəbur 46:1—3).