13 YANVAR 2020
BİRLƏŞMİŞ ŞTATLAR
Son xəbərlər: «Dorian» qasırğasının nəticələrinin aradan qaldırılması
Kömək hava və su ilə çatdırılıb
2019-cu il sentyabrın 1-dən 3-dək Bahama Adalarında tüğyan edən «Dorian» qasırğası böyük dağıntılar törətmişdi. Qasırğa baş verməzdən əvvəl ABŞ filialı artıq Florida ştatından yardım işlərini təşkil etməyə başlamışdı. Qayıqları və təyyarələri olan qardaşlar təhlükə sovuşan kimi dərhal özlərini adalara çatdırdılar və köməyə gələn ilk insanlardan oldular.
On üç bacı-qardaş 300-dən çox uçuş edərək fəlakət zonasına 15 ton humanitar yardım və 700-dən çox könüllü çatdırıb. Üstəlik, qardaşlarımız onlara məxsus qayıqlarla təxminən 90 ton humanitar yardım çatdırıb. Floridadan adalara qayıqla gediş-gəliş 12 saat çəkir.
Palm-Biç Beynəlxalq Hava Limanında (Florida ştatı) işləyən aviaşirkət nümayəndəsi Xose Kabrera deyib: «Qasırğa səngiyən kimi humanitar yardımla dolu olan Yehovanın Şahidlərinin təyyarələri artıq havada idi və köməyə tələsirdi. Həqiqətən də onlar gözləniləndən də artığını edirlər».
Könüllü pilotlardan biri qardaşımız Qlen Sanders deyib: «Çoxlarımız belə teokratik işdə ilk dəfə idi ki iştirak edirdik. Sanki biz zərər dəymiş bədən üzvlərimizin köməyinə gələn kiçik bədən üzvləri idik. Bu, gözəl və xoş hissdir» (1 Korinflilərə 12:26).
ABŞ filialının hesablamalarına görə, yardım işləri 1750000 ABŞ dollarına başa gələcək və 2020-ci ilin may ayının 1-dək tamamlanacaq.
Humanitar yardım ABŞ-ın Florida ştatında qayığa yüklənilir. Qardaşlar Bahama Adalarına 29 dəfə gediş-gəliş ediblər
Böyük Abako adasının (Bahama Adaları) su basmış hava limanının havadan görüntüsü
Uçuş zamanı pilot kabinasından açılan mənzərə