Kontentə keç

Texasın Harlingen şəhərində Yehovanın Şahidləri olan ailəyə məxsus evin qarşısında suda batmış maşınlar

10 İYUL 2019
BİRLƏŞMİŞ ŞTATLAR

Texasın cənubunda güclü külək və daşqın

Texasın cənubunda güclü külək və daşqın

24 iyun 2019-cu il tarixində Texasın cənubunda güclü külək və şiddətli yağıntılar olub. Xəbərlərdə verilən məlumatlara görə, yüzlərlə evi su basıb, 100-dən çox insan təxliyə edilib.

Qasırğa nəticəsində heç bir təbliğçiyə xətər dəyməyib, lakin 47 nəfər köçürülüb. Bundan əlavə, qasırğa, ibadət evinə bitişik bir mənzil də daxil olmaqla, bacı-qardaşlarımıza məxsus 65 evə zərər vurub.

Rayon nəzarətçiləri və yerli ağsaqqallar qasırğadan zərər çəkənlərə baş çəkirlər. Həmçinin Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi zərərçəkənlərin qalmaları üçün yer, qida, su və paltarla təmin olunmalarını təşkil edir. İbadət evinə bitişik mənzil də daxil olmaqla, evlərə dəymiş zərərin aradan qaldırılması və təmizlənməsi üzrə işlər davam edir.

Yehovaya güvənən və Texasın cənubunda kəskin hava şəraitinin nəticələri ilə mübarizə aparan bacı-qardaşlarımıza dəstək olmağa davam edəcəyik (Əşiya 26:3,4).