2 OKTYABR 2019
BİRLƏŞMİŞ ŞTATLAR
Tropik qasırğa nəticəsində Texasın cənub-şərqini su basıb
16 sentyabr 2019-cu il tarixindən başlayan həftədə «İmelda» tropik qasırğası Texasın cənub-şərqində daşqın törədib. Bir neçə gün ərzində 1020 millimetr miqdarında yağış yağıb. «İmelda» qasırğası indiyədək ABŞ-da qeydə alınmış ən yağıntılı qasırğalardan biridir. Qasırğadan sonra yüzlərlə nəqliyyat vasitələri əsas və digər yollarda atılmış vəziyyətdə aşkar edilib. Bir çox sakinləri təxliyyə etmək lazım gəlib.
ABŞ filialının verdiyi ilkin məlumata əsasən, fəlakət zonasında yaşayan 29649 bacı-qardaş arasında xəsarət alan, yaxud həlak olan yoxdur. Bununla belə, 114 təbliğçi həmin ərazidən köçürülüb, qardaşlarımızın yaşadığı 145 evə və 10 ibadət evinə ziyan dəyib.
Filial Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi təyin edib. Hal-hazırda komitə yerli rayon nəzarətçiləri və ağsaqqallarla birgə vurulan zərərin həcmini müəyyən edir və yardım işlərinə nəzarət edir. Biz bilirik ki, Yehova qardaşlarımızı köməksiz qoymayacaq, çünki Onun «[sədaqəti] buludlara dirənir» (Zəbur 36:5).