Kontentə keç

6 DEKABR 2018
BİRLƏŞMİŞ ŞTATLAR

Alyaskada güclü zəlzələ baş verib

Alyaskada güclü zəlzələ baş verib

30 noyabr 2018-ci il tarixində Alyaskanın Ankoric şəhəri yaxınlığında 7 bal gücündə zəlzələ baş verib. Məlumatlara əsasən, zəlzələ ucbatından ölənlər olmayıb, amma nəqliyyat yolları güclü dağıntılara məruz qalıb.

Birləşmiş Ştatlar filialı bildirir ki, zəlzələ nəticəsində yeddi təbliğçi yüngül zədələnib. Dindaşlarımıza məxsus on altı ev və iki ibadət evi ziyan görüb. Rayon nəzarətçisinin rəhbərliyi altında yığıncaqlar ehtiyac içində olan bacı-qardaşlarımızı ərzaq, paltar, su və sığınacaqla təmin edib. Bundan əlavə, ağsaqqallar zərərçəkənlərə Müqəddəs Kitab vasitəsilə təsəlli verib.

Zəlzələdən əziyyət çəkən bacı-qardaşlarımızdan ötrü həmişə dua edirik. Əminik ki, Yehova Ona daima etibar edən xalqının gücü və istehkamı olacaq (Zəbur 28:8, 9).