Kontentə keç

22 APREL 2013-CÜ İL
BİRLƏŞMİŞ ŞTATLAR

Boston marafonu zamanı partlayış

Boston marafonu zamanı partlayış

15 aprel 2013-cü il tarixində Boston marafonunun finiş xəttinin yaxınlığında iki bomba partladı. 3 nəfər öldü, 176 nəfər isə yaralandı. Əldə olunan ilkin məlumatlara görə, Yehovanın Şahidləri arasında xəsarət alan yoxdur. İlk yardım göstərənlərin arasında yerli Yehovanın Şahidləri də var idi. Yehovanın Şahidlərinin rəsmi nümayəndəsi C. R. Braun demişdi: «Biz bu fəlakətin qurbanlarını, ailə üzvlərini düşünürük və onlar üçün dua edirik. Məqsədimiz bu mənasız və dəhşətli cinayətin qəm-kədər gətirdiyi insanlarla Müqəddəs Yazılardakı təsəlliverici sözləri bölüşməkdir».

Əlaqə üçün:

Beynəlxalq: C. R. Braun, məlumat xidməti, tel: +17185605000