Kontentə keç

1 SENTYABR 2017
BİRLƏŞMİŞ ŞTATLAR

Yehovanın Şahidləri Bruklində daha iki binanı satdılar

Yehovanın Şahidləri Bruklində daha iki binanı satdılar

31 avqust 2017-ci il tarixində Yehovanın Şahidləri Kolumbiya Hayts 97 ünvanındakı binanın satışı ilə bağlı müqavilə bağladılar. Sahəsi 8232 kvadrat metr olan bu tikili 30 ildən çox Yehovanın Şahidlərinin baş idarəsində çalışanların yaşayış binası olub.

Mənzərəli Bruklin Hayts rayonunda yerləşən bina tarixi Marqaret otelinin yerində tikilib. Binadan İst-Riverə və Manhattan göydələnlərinə möhtəşəm mənzərə açılır. Binanın eyvanları, həmçinin damında böyük meydançası var. Bundan əvvəl isə, 2017-ci il avqustun 11-i Kolumbiya Hayts 119 ünvanındakı yaşayış binasının satışı tamamlanmışdı.

Hal-hazırda Yehovanın Şahidlərinin baş idarəsi Uorvikdə (Nyu-York) yerləşir.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000