1 NOYABR 2017
BİRLƏŞMİŞ ŞTATLAR
Yehovanın Şahidləri tarixi «Tauers» binasının satışını tamamlayır
NYU-YORK. 31 oktyabr tarixində Yehovanın Şahidləri Bruklin Hayts tarixi ərazidəki Klark Strit 21 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasının satışını tamamladı. Vaxtilə hotel kimi fəaliyyət göstərən Roman üslublu bu bina 40 ildən artıq Yehovanın Şahidlərinə məxsus olub və onlar onu qoruyub saxlayıblar.
İlk adı «Leverik Tauers Hotel» («Leverich Towers Hotel») olan bu binanın açılışı 1928-ci ildə baş tutub. Çox keçməmiş hotel «Tauers Hotel» («Towers Hotel») kimi tanınmağa başladı. «Bruklinin aristokrat hoteli» («Aristocrat of Brooklyn Hotels») adını qazanan bu hotel yüksək təbəqədən olan müştəriləri qəbul edirdi. Hərçənd 1970-ci illərdə hotelin artıq təmirə ehtiyacı var idi.
Yehovanın Şahidləri 1975-ci ildə bu binanı aldılar. O vaxta kimi sayı getdikcə artan baş idarə işçilərinin qalması üçün həmin hotelin bir neçə mərtəbəsini icarəyə götürmüşdülər. Bu bina Yehovanın Şahidləri tərəfindən iki dəfə təmir olunub: birinci dəfə 1978-ci ildə, ikinci dəfə isə 1998-ci ildə.
Yehovanın Şahidlərinin baş idarəsinin nümayəndəsi Deyvid Semonian deyir: «Bruklin Haytsda yaşayan bizlər “Tauers” binasını təkcə tarixi abidə kimi yox, həm də gözəl və isti bir yuva kimi xatırlayacağıq. Bu satışı gerçəkləşdirməklə Bruklindəki tariximizin digər bir səhifəsini çevirmiş olduq».
2016-cı ildə Yehovanın Şahidlərinin baş idarəsi Uorvikə (Nyu-York) köçürüldü.
Əlaqə üçün:
Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000