Kontentə keç

2 MART 2018
BİRLƏŞMİŞ ŞTATLAR

Daşqın Birləşmiş Ştatların mərkəzinə ziyan vurur

Daşqın Birləşmiş Ştatların mərkəzinə ziyan vurur

2018-ci ilin fevral ayında əriyən qar ilə birləşən leysan yağışları Birləşmiş Ştatların mərkəzində daşqına səbəb oldu. Fəlakətdən zərərçəkənlərin arasında İllinoys, İndiana, Kentukki, Miçiqan, Ohayo və Tennessi ştatlarındakı bacı-qardaşlarımız da var.

Birləşmiş Ştatlar filialı xəbər verir ki, səkkiz müxtəlif ərazidən olan 20 təbliğçi öz evlərindən təxliyyə olunub. Çox təəssüf ki, İndianadan olan bir bacımız daşqına səbəb olan leysan yağışlarında həyatını itirib. Ümumilikdə dindaşlarımızın 57 evi dağıntıya məruz qalıb.

Bu ərazilərdəki rayon nəzarətçiləri təbii fəlakətdən zərərçəkən təbliğçilərə təsəlli verir. Zərərçəkən bacı-qardaşlarımız üçün daima dua edirik. Əminik ki, Yehova onların bütün qayğılarını çəkəcək (1 Butrus 5:7).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000