Kontentə keç

20 SENTYABR 2018
BİRLƏŞMİŞ ŞTATLAR

«Florens» qasırğası Birləşmiş Ştatların cənub-şərqini viran qoyur

«Florens» qasırğası Birləşmiş Ştatların cənub-şərqini viran qoyur

«Florens» tropik qasırğasının yaratdığı daşqın Şimali Karolina və Cənubi Karolinanın böyük hissələrini və digər ştatları suya qərq etdi. 4-cü kateqoriyalı qasırğa sayılan «Florens» qasırğası ən azı 32 insanın ölümünə və minlərlə insanın təxliyyə olunmasına səbəb oldu.

Birləşmiş Ştatlardakı filialın verdiyi məlumata əsasən, dindaşlarımız arasında ölən və ciddi yaralanan yoxdur. Bununla belə, 4000-dən çox Yehovanın Şahidi təxliyyə olunub. Düzdür, vəziyyət yaxşılaşsa da, bəzi yerlərin daşqın suları altında qalma təhlükəsi hələ də qaçılmazdır. Verilən son məlumatlara əsasən, qasırğa bacı-qardaşlarımıza məxsus 351 evə və 21 ibadət evinə ziyan vurub.

Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi vasitəsilə ərzaq, su, paltar, sığınacaq və əsas tibbi ehtiyaclar qarşılandı. Yardım işlərinə həmçinin iki qrupun həyata keçirdiyi qırılıb-düşən ağacların təmizlənməsi də daxil idi. Daşqın ucbatından yaranan əsas narahatçılıqları aradan qaldırmaq üçün yerli yığıncaqlardan olan könüllülər və başqa yerlərdən dəvət olunan bacı-qardaşlar köməyə gəlirlər. Onlar Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsinin verdiyi göstəriş altında yardım işləri görəcəklər. Üstəlik, ağsaqqallar və rayon nəzarətçiləri zərərçəkən bacı-qardaşlarımıza baş çəkərək, onları Müqəddəs Kitaba əsasən ruhlandırır.

Qasırğa nəticəsində çətin vəziyyətlə üzləşən bacı-qardaşlarımız üçün dua edirik və «heç bir qorxum»uzun olmayacağı vaxtı səbirsizliklə gözləyirik (Əşiya 12:2).