Kontentə keç

26 FEVRAL 2018
BİRLƏŞMİŞ ŞTATLAR

Harvi qasırğasından sonrakı yardım işləri haqda son məlumatlar

Harvi qasırğasından sonrakı yardım işləri haqda son məlumatlar

NYU-YORK. ABŞ-ın Texas ştatının sakinləri 25 avqust 2017-ci il tarixində Korpus-Kristi yaxınlığında quruya çıxan Harvi qasırğasından sonrakı bərpa işlərinə davam edir. İki Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi zərər çəkən minlərlə bacı-qardaşımıza kömək etmək üçün yardım işlərinə rəhbərlik edir.

Bir qardaş Texas ştatının Hyuston şəhərindəki yardım mərkəzində Yehovanın Şahidlərini axtarır.

7000-dən çox könüllü təbliğçilərin 2300 evini özünə daxil edən ilkin təmizləmə işlərinə yardım ediblər. Təxminən 1000 könüllü hər həftə daha böyük bərpa-təmir işlərində köməyini əsirgəmir. Onlar artıq 48 ibadət evinin bərpasını tamamlayıb, üstəlik, növbəti aylar ərzində 545-dən çox evin bərpasını planlaşdırıblar. Təxmin edilir ki, təkcə bu ərazidəki yardım işlərinə 8,5 milyon dollar məbləğində vəsait xərclənəcək və görülən işlər 30 iyun 2018-ci il tarixində tamamlanacaq.

2017-ci ilin avqust ayının sonlarından bəri 7 filial komitəsinin üzvü daxil olmaqla, ümumilikdə 22 filial nümayəndəsi zərərçəkən təbliğçiləri ruhlandırmaq üçün qasırğanın ziyan vurduğu ərazilərə baş çəkiblər. Dua edirik ki, Yehova yardım işlərində iştirak edən hər bir kəsin qoluna güc versin (Nəhəmya 6:9).

Texas ştatının Aransas Pass şəhərində yardım edən işçilər.

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +18455243000