Kontentə keç

11 SENTYABR 2017
BİRLƏŞMİŞ ŞTATLAR

İrma qasırğası haqda son məlumatlar

İrma qasırğası haqda son məlumatlar

İrma qasırğasının tüğyan etdiyi Karib hövzəsi adaları və Birləşmiş Ştatların cənub-şərqində yaşayan bacı-qardaşlarımız haqda son məlumatlar əldə olunub.

Təəssüflə bildiririk ki, Floridada bir yaşlı qardaşımız və Corciyada yaşayan bir bacımız təxliyyə zamanı həyatını itirib. Bundan əlavə, Britaniya Vircin adalarının ən böyük adası olan Tortolada iki qardaşımız xəsarət alıb. Karib hövzəsi boyu 40-dan çox yaşayış məntəqəsinə ciddi zərər dəyib və təxminən 40 dindaşımız evsiz qalıb. Qasırğanın təsirinə məruz qalan bölgələrlə əlaqə yarandıqca məlumat yenilənəcək.

Fəlakət zamanı yaxınlarını itirən və zərərçəkən digər dindaşlarımız üçün dualar edirik. Yehovanın dindaşlarımız vasitəsilə onlara təsəlli verəcəyinə əminik (1 Salonikililərə 3:7).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 3000