25 SENTYABR 2014–CÜ İL
BİRLƏŞMİŞ ŞTATLAR
Beynəlxalq konqresin icmalı: Yehovanın Şahidlərinin «Metlayf» stadionunda tarixi konqresləri
NYU-YORK. 2014-cü il 20—22 və 27—29 iyun tarixlərində Yehovanın Şahidləri Şərqi Ruterforddakı (Nyu-Cersi) «Metlayf» stadionunda «Allahın Padşahlığını hər şeydən üstün tutun!» adlı beynəlxalq konqresə toplaşmışdılar. Beynəlxalq konqreslər ardıcıl olaraq ingilis və ispan dillərində keçirilmişdi.
Bu iki konqresdə iştirak edənlərin ən yüksək sayı 118000 olmuşdur. Bu konqreslər Nyu-Yorkda və ətraf şəhərlərdə Yehovanın Şahidlərinin son bir neçə onillik ərzində keçirdiyi ən böyük konqresdir. Digər şəhərlərdə isə videoyayım vasitəsilə konqresin müəyyən hissələrini 407000-dən artıq insan izləmişdi. Ümumilikdə, 525500-dən çox insan bu konqresdə iştirak etmişdi.
Konqresin əksər hissəsi Müqəddəs Kitab prinsiplərinin praktiki tətbiqini göstərən səhnəciklərdən və videoçarxlardan ibarət idi. Konqreslərin hər gününün sonunda Yehovanın Şahidlərinin Rəhbərlik Şurasının üzvü yekun məruzə ilə çıxış etmişdi. 20—22 iyun tarixlərində Devid Spleyn, 27—29 iyun tarixlərində isə Cefri Cekson məruzə söyləmişdi.
Həmçinin hər iki konqresdə vəftiz mərasimi də olmuşdu. Konqreslərin keçirildiyi stadionda 1255 nəfər, konqreslərin yayımlandığı yerlərdə isə 2930 nəfər vəftiz olunmuşdu. Onların ümumi sayı 4185 nəfər olmuşdu.
Konqresə Argentina, Avstraliya, Beliz, Böyük Britaniya, Çili, Kosta-Rika, El-Salvador, Almaniya, Yunanıstan, Qvatemala, Honduras, İtaliya, Malayziya, Meksika, Nikaraqua, Panama, Peru, İspaniya və Venesueladan qonaqlar dəvət olunmuşdu.
Yehovanın Şahidlərinin nümayəndəsi C. R. Braun deyir: «Bu konqreslər çoxlarımıza 1958-ci ildə Nyu-Yorkda keçirilən konqresi xatırlatdı. O vaxt “Yanki” və “Polo Qraunds” stadionlarında keçirilən konqreslərdə 253000-dən çox insan iştirak etmişdi. Bu il “Metlayf” stadionunda keçirilən konqreslər Yehovanın Şahidlərinin tarixinə əlamətdar hadisə kimi yazılacaq».
Əlaqə üçün:
Beynəlxalq məlumat xidməti: C. R. Braun, tel.: +1 718 560 5000