6 MAY 2016-CI İL
BİRLƏŞMİŞ ŞTATLAR
Yehovanın Şahidləri tarixi Bruklin Hayts rayonundakı qədimi binalarını satdı
NYU-YORK. Çərşənbə axşamı, 26 aprel 2016-cı il tarixində Yehovanın Şahidləri Bruklinin (Nyu-York) Kolumbiya Hayts küçəsi 124-də yerləşən əmlaklarının satışını tamamladılar. Damı gözətçi qülləsi formasında hörülmüş bu binanın sahəsi 14121 m2-dir. Bu yaşayış binası Bruklin Hayts Promeneydin (Bruklin Haytsdəki bulvar) şimalında yerləşir. Bu bina 2015-ci ilin dekabr ayında satışa çıxarılmışdı. Bina çoxlu müştərilərin arasından indiyə kimi Yehovanın Şahidlərinin heç bir əmlakını almamış bir şirkətə satıldı.
1856—1881-ci illərdə Kolumbiya Hayts 124-də yerləşən bu dördmərtəbəli kərpic binada köləliyə qarşı çıxmış Plimut kilsəsinin keşişi Henri Uord Biçer yaşayıb. «Nyu-York Tayms» qəzeti binanın tarixi əhəmiyyəti ilə bağlı qeyd edir ki, «prezident Linkoln köləliyin qəti ləğvi barədə qanunu verməzdən qısa müddət əvvəl, məhz həmin binada cənab Henri Biçeri ziyarət etmişdi». 1909-cu ilin mayında Yehovanın Şahidləri ilk öncə bu kərpic binanı, sonra isə ətrafdakı digər mülkləri də alıb hal-hazırda həmin ərazini əhatə edən onmərtəbəli bina inşa etdilər.
Yehovanın Şahidlərinin nümayəndəsi Riçard Divayn deyir: «Kolumbiya Hayts 124 ünvanında yerləşən bina təşkilatımızın tarixi tikililərindən biridir. 1909-cu ildən bu yana, bina baş idarəmizdə xidmət edənlərin yaşayış binası olub. 1929—1957 illər ərzində (dörd il çıxmaq şərtilə) bu binada Müqəddəs Kitaba əsaslanan məruzələrin və oxşar nəşrlərin yayımlandığı radiostansiyamız (WBBR) yerləşirdi».
Yehovanın Şahidləri 100 ildən çox Bruklin Haytsdakı binalara sahib olsalar da, hüquqi şəxsləri olan Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyətinin ilk baş idarəsi 1880-ci illərdə Allehanda (hal-hazırda Pitsburqun bir hissəsidir, Pensilvaniya) qurulmuşdur. Yehovanın Şahidlərinin baş idarəsinin nümayəndəsi Devid. A. Semonian deyir: «Müqəddəs Kitaba əsaslanan təlim işimizin sürətlənib inkişaf etməsi üçün 1909-cu ildə Bruklin kimi liman şəhərinə köçməyimiz çox vacib idi».
Kolumbiya Hayts 124-dəki binanın satışı Yehovanın Şahidlərinin baş idarəsinin Uorvikə köçürülməsinin sonuncu mərhələsidir. Uorvikdəki 20 hektarlıq ərazidəki tikinti işləri tamamlanmaq üzrədir. Cənab Deyvid Semonian əlavə edir: «Şəhər kənarında yerləşən yeni möhtəşəm kompleksə köçmək lap yerinə düşdü. Bruklin yüz ildən çox bizim evimiz olub, indi isə Uorvik tariximizin yeni səhifəsində evimiz olacaq».
Əlaqə üçün:
Məlumat xidməti: Devid A. Semonian, tel.: +17185605000